RU

Maşınla 35-40 yaşlı kişini vurdu - Kimliyi bilinmir

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonunun Çaparlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Təzəkənd sakini Yavər Kamil oğlu Hacılı idarə etdiyi “Mercedes Benz Vito” markalı avtomobillə şəxsiyyəti məlum olmayan 35-40 yaşlı kişini vurub.

Piyada hadisə yerində həlak olub.

Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo.az)

Bizim.Media

Избранный
18
2
bizim.media

3Источники