RU

Ağ Ev bal zalı tikir


Ağ Evin ərazisində bal zalının tikintisinə başlanıb.
Yeniavaz.com
“NBC News” telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Onun sözlərinə görə, binanın bir hissəsi bal zalına yer açmaq üçün sökülür.
Ağ Evin Şərq Qanadının bir hissəsində söküntü işləri oktyabrın 20-də başlayıb.
Bu barədə ilkin olaraq administrasiyanın mətbuat katibi məlumat verib. Daha sonra bu xəbər ABŞ liderinin özü tərəfindən təsdiqlənib.
“Mən Ağ Evin ərazisində yeni, möhtəşəm və gözəl bal zalının tikintisinə başlandığını elan etməkdən qürur duyuram”, - Tramp bildirib.
O, əlavə edib ki, 150 ildən artıqdır ki, hər bir prezident Ağ Evdə bal zalının olmasını arzulayıb.
Tramp Ağ Evin bal zalının “bir çox səxavətli vətənpərvərlər, böyük Amerika şirkətləri" tərəfindən maliyyələşdirildiyini bildirib.
Избранный
106
34
yeniavaz.com

10Источники