RU

Sahibə Qafarova və Alen Simonyan Cenevrədə görüşüb - YENİLƏNİB - FOTO

Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş başa çatıb.

APA xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində baş tutub.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, 2025-ci il oktyabrın 21-də Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Asambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.

Bildirilib ki, aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.

Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.

***

12:03

Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş başlayıb.

APA xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində keçirilir.

Alen Sahibə Sahibə Sahibə Sahibə
Избранный
38
14
apa.az

10Источники