RU

Zərdabda tiktoker polisə maneə törətdiyinə görə həbs edildi

Zərdabda özünü tiktoker kimi tanıdan şəxs polisə maneə törətdiyinə görə həbs edilib.

Yenisabah.az lent.az-a istinadla xəbər verir ki, oktyabrın 21-də Əlicanlı kəndindən daxil olmuş vətəndaş müraciəti əsasında əraziyə gələn polis əməkdaşları qanunvericiliyə uyğun tədbirlər həyata keçiriblər.

Kənd sakini, özünü fəal "TikTok" istifadəçisi kimi təqdim edən Laçın Əsədov əsassız iddialar və tələblərlə çıxış edərək, hüquq-mühafizə orqanlarının xidmətinə bilərəkdən maneə yaradıb. pizza sifarişi

Polis əməkdaşlarının intizamlı davranışa dəvətinə baxmayaraq, o, qanunazidd hərəkətlərini davam etdirib. Nəticədə onun barəsində inzibati protokol tərtib olunub və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Избранный
45
9
yenisabah.az

10Источники