RU

Xəzər dənizində və daxili sularda balıq ehtiyatlarının qiymətləndirilməsi ekspedisiyası yekunlaşıb (FOTO)

Bakı.Trend:

2025-ci il 13–23 oktyabr tarixlərində Kənd TəsərrüfatıNazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığıilə Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarınınelmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədiləkeçirilən ekspedisiya uğurla yekunlaşıb.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ekspedisiya AMEA Zoologiya İnstitutu,Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, AzərbaycanDövlət Aqrar Universiteti, eləcə də Türkiyə Respublikasından dəvətolunan mütəxəssislərin iştirakı ilə həyata keçirilib.
Ekspedisiya müddətində Xəzər dənizinin müxtəlif bölgələrində,həmçinin daxili su hövzələrində balıq və digər su bioresurslarınınpopulyasiyası, biomüxtəlifliyi və ekoloji vəziyyəti ilə bağlınümunələr toplanıb, ilkin elmi müşahidələr aparılıb.

Eyni zamanda, balıqların yem bazasının öyrənilməsi məqsədiləgötürülmüş su nümunələri hazırda laboratoriya şəraitində təhlilolunur. Toplanmış nəticələr əvvəlki illərin göstəriciləri iləmüqayisə edildikdən sonra yekun hesabat hazırlanacaq. Hesabatəsasında 2026-cı il üçün balıq ov kvotalarının müəyyənləşdirilməsivə su bioresurslarının davamlı idarə olunması istiqamətindətəkliflər hazırlanacaq.

Yekun hesabat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən AzərbaycanRespublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.

Xəzər
Məqalədə:
Избранный
115
10
az.trend.az

10Источники