Bakı. Trend:
Oktyabrın 23-də Serbiyanın paytaxtı Belqrad şəhərində AzərbaycanRespublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadiƏməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclası vəAzərbaycan-Serbiya biznes forumu keçirilib.
Trend MaliyyəNazirliyinə istinadən xəbər verir ki, iclasdan əvvəl Azərbaycannümayəndə heyəti Belqradın Taşmaydan parkında ümummilli liderHeydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərinxatirəsini ehtiramla yad edib.
Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının maliyyənaziri Sahil Babayev və Serbiya Respublikasının mədəniyyət naziriNikola Selakoviç arasında iclasdan əvvəl keçirilən təkbətək görüşdəiki ölkə arasında iqtisadi, ticarət, enerji, nəqliyyat vəinformasiya texnologiyaları, gömrük, kənd təsərrüfatı, turizm,sosial müdafiə, səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman,eləcə də qida təhlükəsizliyi sahələrində əməkdaşlığın mövcudvəziyyəti və yeni imkanlar ətraflı müzakirə olunub, Komissiyanın IXiclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Komissiyanıniclasında çıxış edən S.Babayev iki ölkə arasında stratejitərəfdaşlığın qarşılıqlı etimada, dostluğa və hörmətə əsaslandığınıvurğulayıb. Nazir qeyd edib ki, prezidentlər İlham Əliyev vəAleksandar Vuçiçin güclü siyasi iradəsi və şəxsi dostluğuAzərbaycan–Serbiya münasibətlərinin möhkəm təməlini formalaşdırır.Onun sözlərinə görə, dövlət başçılarının son illərdəki qarşılıqlısəfərləri və beynəlxalq tədbirlər çərçivəsində görüşləri iki ölkəarasında strateji dialoqun dərinliyini aydın şəkildə nümayişetdirir.
Nazir həmçinin Serbiya Milli Assambleyasının sədri xanım AnaBrnabiçin Azərbaycana son səfəri ilə möhkəmlənən parlamentlərarasıəməkdaşlığın əhəmiyyətini də vurğulayıb.
İqtisadi və ticarət sahəsində əməkdaşlıqdan danışan nazirbildirib ki, Azərbaycanla Serbiya arasında qarşılıqlı ticarətdövriyyəsinin artması, işgüzar missiyaların təşkili və sahibkarlararasında əlaqələrin genişləndirilməsi iki ölkənin stratejimaraqlarına xidmət edir: “Serbiya Cənub-Şərqi Avropada Azərbaycanınmühüm tərəfdaşıdır. Qarşıdakı dövrdə iqtisadi, maliyyə, sənaye,turizm, nəqliyyat və enerji kimi sahələrdə birgə layihələrinreallaşması bu əməkdaşlığı daha da genişləndirəcək”.
Qeyd olunub ki, hazırda Azərbaycanda 9 Serbiya şirkəti fəaliyyətgöstərir, Azərbaycanın aparıcı tikinti şirkətləri Serbiyada iriavtomagistral layihələri uğurla həyata keçirir. S.Babayev bildiribki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası vəyenidənqurulmasında Serbiya şirkətlərinin iştirak marağıməmnunluqla qarşılanır və bu sahədə əməkdaşlıq iqtisadi əlaqələridaha da dərinləşdirəcək.
Enerji əməkdaşlığı iki ölkə münasibətlərinin əsasistiqamətlərindən biri kimi Komissiyanın iclasında diqqətmərkəzində olub. Qeyd olunub ki, Azərbaycan 2024-cü ilinyanvarından etibarən Serbiyaya təbii qaz tədarükünə başlayıb,indiyədək təxminən 300 milyon kubmetr qaz ixrac olunub.Azərbaycanın Dövlət Neft Fondu Serbiyada 72,7 milyon ABŞ dollarıhəcmində investisiya portfelinə malikdir, həmçinin Niş şəhərində500 meqavat gücündə kombinə olunmuş qaz-turbin elektrikstansiyasının inşası üzrə SOCAR, EPS və Srbijagas şirkətlərininəməkdaşlığı tərəflərin enerji tərəfdaşlığını yeni mərhələyədaşıyacaq.
Nazir nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinin həriki ölkə üçün prioritet olduğunu qeyd edərək, Ermənistan–Azərbaycansülh prosesi çərçivəsində elan edilmiş və bölgə üçün böyükperspektivlər vəd edən nəqliyyat dəhlizləri və “Yaşıl EnerjiDəhlizi” kimi yeni təşəbbüslərin əməkdaşlıq üçün geniş imkanlaraçdığını diqqətə çatdırıb.
Nazir Serbiyanın “EXPO 2027 Belqrad” sərgisinə ev sahibliyiedəcəyinə görə təbriklərini çatdırıb və Azərbaycanın bu sərgidəfəal iştirak edəcəyini bildirib.
Nikola Selakoviç çıxışında Azərbaycanla Serbiya arasındaəməkdaşlığın qarşılıqlı hörmət və fayda prinsipləri üzərindəqurulduğunu, bu əməkdaşlığın ən strateji sahələri əhatə etdiyinivurğulayıb. O, iki ölkə arasında tikinti, infrastruktur, nəqliyyat,ticarət, kənd təsərrüfatı, enerji, mədəniyyət və turizm kimisahələrdə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeydedib.
Selakoviç həmçinin Serbiya və Azərbaycanın suverenlik və ərazibütövlüyünə hörmətə əsaslanan, dostluq və qarşılıqlı etimadasöykənən münasibətlərini bir daha təsdiqləyib, AzərbaycanınKosovonun birtərəfli qaydada elan olunmuş “müstəqilliyini”tanımadığına və Serbiyaya beynəlxalq təşkilatlar çərçivəsindəgöstərilən ardıcıl dəstəyə görə minnətdarlığını bildirib.
O, ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını vəbunun 2013-cü il Strateji Tərəfdaşlıq Bəyannaməsi, 2018-ci il BirgəFəaliyyət Planı və 2022-ci il Strateji Tərəfdaşlıq Şurasınınyaradılması haqqında Anlaşma Memorandumu ilə rəsmiləşdirildiyiniqeyd edib. Selakoviç Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının2025-ci ilin sonuna qədər keçirilməsinə ümid etdiyini dəvurğulayıb.
Selakoviç 2027-ci ilin may–avqust aylarında Belqraddakeçiriləcək “EXPO 2027 Belqrad” sərgisində Azərbaycanı bir dahaiştirak etməyə dəvət edib və Azərbaycan Respublikasının bu sərgidəfəal iştirak edəcəyinə əmin olduğunu bildirib.
İclas başa çatdıqdan sonra S. Babayev və N. Selakoviç tərəfindənAzərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarətvə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IXiclasının nəticələrinə dair protokol, həmçinin AzərbaycanRespublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)İdarə Heyətinin sədri Orxan Məmmədov və Serbiya İnkişafAgentliyinin Beynəlxalq əməkdaşlıq sektorunun direktoru NikolaYankoviç tərəfindən Anlaşma Memorandumu çərçivəsində fəaliyyətlərinicrası üzrə Yol Xəritəsi imzalanıb.
Daha sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarınıcavablandırıb.
Mətbuat konfransı bitdikdən sonra dövlət və özəl sektornümayəndələrinin iştirakı ilə Azərbaycan-Serbiya biznes forumukeçirilib. Forumda Sahil Babayev və Nikola Selakoviç çıxışediblər.
S.Babayev çıxışında Birgə Komissiyanın IX iclasınınnəticələrinin Azərbaycan–Serbiya münasibətlərinin dostluq vəstrateji tərəfdaşlıq ruhuna uyğun olaraq əməkdaşlığın gələcəkistiqamətlərini müəyyənləşdirdiyini bildirib. O, hökumətlərarasıdialoqun iki ölkə arasında iqtisadi münasibətlərindərinləşdirilməsi üçün etibarlı platforma yaratdığını, biznesicmalarının isə bu prosesin əsas hərəkətverici qüvvəsi olduğunuqeyd edib.
Nazir vurğulayıb ki, Azərbaycanın iqtisadi siyasəti şəffaflıq,dayanıqlılıq və diversifikasiya prinsiplərinə əsaslanır. S.Babayevölkəmizdə biznes mühiti üçün geniş imkanların mövcud olduğunu qeydedib və xüsusilə Ələt Azad İqtisadi Zonası, həmçinin Asiyanı Avropailə birləşdirən “Orta Dəhliz” layihəsi çərçivəsində formalaşan yeninəqliyyat və logistika infrastrukturunun investorlar üçün böyükpotensial yaratdığını diqqətə çatdırıb.
O, Serbiya şirkətlərini Azərbaycanda həyata keçirilən yenilayihələrdə fəal iştirak etməyə, Azərbaycan şirkətlərini isəSerbiya və daha geniş Balkan regionunda əməkdaşlığı genişləndirməyədəvət edib.
Nazir çıxışının sonunda Azərbaycan və Serbiya arasında dostluqvə strateji tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinəəminliyini bildirib, forum iştirakçılarına səmərəli müzakirələr vəyeni biznes razılaşmalarının əldə olunmasını arzulayıb.
Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlərkeçirilib, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıqimkanları və birgə layihələrin həyata keçirilməsi perspektivlərimüzakirə olunub. AZPROMO-nun icraçı direktoru Yusif AbdullayevBiznes Forumda çıxış edib.
Biznes forumda ümumilikdə 50-dən artıq şirkət, o cümlədənAzərbaycandan 16 şirkət iştirak edib.