İtaliyanın İrpiniya bölgəsində 3,6 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.
Zəlzələnin episentri Avellino əyalətindəki Qrottolella kəndi olub. Yeraltı təkan 16 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ Kampaniya regionunun Sannio və Salerno bölgələrində, eləcə də Neapolda aydın hiss olunub.