ABŞ Prezidenti Donald Tramp Asiyaya 5 günlük səfərə yola düşüb.
Senzor.az bildirir ki, səfər çərçivəsində o, Malayziya, Yaponiya və Cənubi Koreyada görüşlər keçirəcək.
Həmin görüşlər zamanı Asiya ölkələri ilə ticarət sazişlərinin müzakirə olunması gözlənilir.
Trampın oktyabrın 30-da Cənubi Koreyada Çin Sədri Si Cinpin ilə ikitərəfli görüşü də planlaşdırılır.
Qeyd edək ki, bu, onun regiona ilk, həmçinin ikinci prezidentlik dövründə ən uzunmüddətli səfəridir.