Ajans.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıyev prospekti ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1997-ci il təvəllüdlü S.Əliyevin qarın nahiyəsindən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal o əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. 28 yaşlı kişinin hansı şəraitdə xəsarət alması məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.