RU

Biləsuvarda avtomobil piyadanı vurdu

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndi ərazisində qeydə alınıb.
 

Məlumata görə, kənd sakini, 1965-ci il təvəllüdlü Abbasov Bayram Hüseynağa oğlunu “Mercedes” markalı minik avtomobili vurub.


Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

Избранный
42
3
bizim.media

5Источники