Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xaçmaz rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən 10-FB-299 dövlət qeydiyyat nişanlı VAZ-21099 nəqliyyat vasitəsinin sürücüsü Kənan Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya bildirilib ki, sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə K.Nəbiyevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.
Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.