RU

Saakaşvilinin partiyasının ləğvi üçün məhkəməyə müraciət edildi

Gürcüstanın hakim partiyası olan “Gürcüstan Arzusu – Demokratik Gürcüstan” partiyası üç siyasi partiyanın o cümlədən, sabiq prezident Mixayil Saakaşvilinin əsasını qoyduğu Vahid Milli Hərəkatın fəaliyyətinin qadağan olunması ilə bağlı ölkənin konstitusiya məhkəməsinə müraciət edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə parlamentin spikeri Şalva Papuaşvili deyib.

“Biz hesab edirik ki, aşağıdakı siyasi birliklər konstitusiyaya zidd elan edilməlidir: “Vahid Milli Hərəkat”, “Dəyişikliklər uğrunda koalisiya – Gvaramiya, Meliya, Girçi, Droa” və “Güclü Gürcüstan – xalq üçün Lelo, azadlıq uğrunda” vətəndaşların siyasi birliyi”, – deyə Papuaşvili bildirib.

Papuaşvilinin sözlərinə görə, hakim partiya bununla bağlı müvafiq iddianı parlamentdəki prosedurlar başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinə təqdim edəcək.

AzPost.az

Избранный
17
1
azpost.info

2Источники