RU

Rumıniya “ASAN Xidmət” modelini tətbiq etməyi planlaşdırır

AzVision.az xəbər verir ki, bunu Rumıniya Parlament Senatının sədri Mirça Abrudean Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iki dövlət arasında rəqəmsal şəxsiyyət vəsiqəsi, dövlət satınalmaları və kibertəhlükəsizlik sahəsində əməkdaşlıqları gücləndirmək üçün birgə parlament qrupu yaradıla bilər:

"Parlamentlər real nəticələrə fokuslandıqda, effektiv iş ortaya qoyurlar. Bir çox sahədə əməkdaşlıq edə bilərik. Məsələn, rəqəmsallaşma sahəsində sizin “ASAN xidmət” modeliniz var. Biz bu modeli Rumıniyada tətbiq edə bilərik və artıq bu istiqamətdə işlərə başlamışıq. Nəqliyyat və enerji sahələri ilə əlaqədar komitələrimizin əməkdaşlığının genişləndirilməsi üçün illik görüşlər keçirilməlidir. Enerji sahəsi olduqca vacibdir, biz Qara dənizdə birlikdə işlər görürük. Biz beynəlxalq hüququ dəstəkləyirik. Cənubi Qafqazda sabitlik hamının xeyrinədir".

AzVision.az
Избранный
10
2
azvision.az

3Источники