Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Qarabağ”ln qonağı olacaq "Çelsi"ni Bakıda xeyli sayda azarkeş dəstəkləyəcək.
Bu barədə QOL.az-a "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün London təmsilçisinin azarkeşlərinə 1300 yer ayırıb.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək matç saat 21:45-də start götürəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        