RU

Azərbaycan klubu bu gün Çempionlar Liqasında ilk oyununa çıxacaq

Bu gün Azərbaycan təmsilçisi "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Yevgeni Kukseviçin komandası 7-ci qrupda "Yunayted Qalati" (Rumıniya) ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

"Araz-Naxçıvan" növbəti sabah "Differdanje 03" ilə, noyabrın 1-də isə "Tigers Roermond" ilə üz-üzə gələcək.

22:00. "Araz-Naxçıvan" – "Yunayted Qalati" (Rumıniya)

Hakimlər: Aslan Qalayev (Qazaxıstan), Valentin Kiuplea(Uels), İrmantas Kapraşovas(Litva)

Timekiper: Laurentiu Deakonu (Rumıniya)

Hakim-inspektor: Nebojsa Paniç (Serbiya)

UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)

Sala Sporturilor Dunarea.

Избранный
9
1
sportinfo.az

10Источники