RU

Emin Əmrullayev Salyanda vətəndaşları qəbul edib

Oktyabrın 31-də elm və təhsil naziri Emin Əmrullayev Salyan şəhərində vətəndaş qəbulu keçirib...

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Salyan, Şirvan, Hacıqabul, NeftçalaBiləsuvar sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, sertifikatlaşdırma prosesi və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Poliqon.info

Избранный
9
4
poliqon.info

10Источники