RU

Arda Güler Fənərbağça ya daha iki milyon avro qazandırdı

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Fənərbağça"dan "Real Madrid"ə transfer olunmuş Arda Güler keçmiş klubuna iki milyon avro qazandırıb.

Oxu.Az bu barədə Goal.com-a istinadən xəbər verir.

Bildirilir ki, Güler İspaniya La Liqasının 11-ci həftəsi çərçivəsində "Valensiya"ya qarşı ev oyununda "Real Madrid"in heyətində 75-ci matçına çıxıb. Bu amil İstanbul təmsilçisinin pul şəklində əlavə bonus qazanmasına səbəb olub.

Məsələ burasındadır ki, "Fənərbağça" 2023-cü ildə Güleri "Real Madrid"ə satanda transfer müqaviləsində hər 25 matç üçün 2 milyon avro bonus bəndi daxil edilmişdi.

"Fənərbağça" onun 25-ci və 50-ci matçlarından sonra 4 milyon avro bonus qazanıb və 75-ci matçından sonra da eyni məbləği almaq hüququ əldə edib.

"Fənərbağça" 100-cü və 125-ci matçlardan sonra da 2 milyon avro alacaq və bonusun ödənişi 125-ci matçdan sonra başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
40
7
oxu.az

10Источники