Ermənistanın şimal-şərqindəki Tavuş vilayətində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların sayı 30-a çatıb.
"Report"un yerli mediaya istinadən xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Altı yaralının İrəvana aparılacağı bildirilir; yaralılardan birinin vəziyyəti sabit ağırdır və əməliyyat olunub.
Qeyd edək ki, qəza Aqartsin monastır kompleksinin yaxınlığında qeydə alınıb. İrəvan Dillər Universitetinin tələbələrini daşıyan avtobus naməlum səbəbdən yoldan çıxaraq dərəyə aşıb.