Mingəçevirdə idarəetmədən çıxan motosiklet aşıb.
"Unikal"ın məlumatına görə, hadisə Əşya bazarı yaxınlığında baş verib. İdarəetmədən çıxan motosikletin qəzaya düşməsi nəticəsində müxtəlif bədən xəsarətləri alan 1996-cı il təvəllüdlü motosikletçi Vüsal Quliyev xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov