BAKI, 3 noyabr. TELEQRAF
Azərbaycan və Ukrayna arasında səhiyyə sənayesi sahəsində işbirliyinin dərinləşdirilməsi, dərman vasitələrinin birgə istehsalı barədə fikir mübadiləsi aparılıb.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin Ukraynanın səhiyyə naziri Viktor Lyaşko ilə görüşündə müzakirə edilib.
Məlumata görə, nazirlikdə keçirilən görüşdə Azərbaycanın Ukrayna ilə iqtisadi əməkdaşlığa önəm verdiyi qeyd olunub. Ukrayna ilə müxtəlif iqtisadi istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, ticarət və investisiya əməkdaşlığı münasibətlərdə mühüm istiqamətlərdəndir.