RU

Vuçiç erkən seçkilərə razı oldu

Ölkə daxilində etirazlar fonunda Serbiya Prezidenti Aleksandr Vuçiç erkən parlament seçkiləri keçirməyə hazır olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, bu bəyanat Serbiyada Novi Sad qatar stansiyasında tavan örtüyünün uçması nəticəsində baş verən faciənin birinci ildönümündə başlayan bir neçə günlük nümayişlərdən sonra verilib.

Vuçiç jurnalistlərə bildirib ki, seçkilər 2027-ci ilin dekabrında başa çatması planlaşdırılan "səlahiyyət müddətinin bitməsindən əvvəl keçiriləcək. Lakin o əlavə edib ki, son qərar "səlahiyyətli institusional orqanlar" tərəfindən veriləcək.

Избранный
20
50
unikal.az

10Источники