RU

ABŞ Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələri yaradılmasını təklif edib

Vaşinqton BMT Təhlükəsizlik Şurasına iki illik mandatla yeni qüvvələrin formalaşdırılmasını təklif edir...

Poliqon xəbər verir ki, ABŞ administrasiyası BMT Təhlükəsizlik Şurasının üzvlərinə Qəzza zolağında beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılmasını nəzərdə tutan qətnamə layihəsi göndərib. Axios-un əldə etdiyi sənədə əsasən, bu qüvvələr 2027-ci ilin sonuna qədər regionun idarə edilməsinə mandat alacaqlar.

Layihəyə görə, beynəlxalq kontingent İsrail və Misirlə sərhədlərin təhlükəsizliyini təmin etmək, mülki əhalinin və humanitar dəhlizlərin müdafiəsini həyata keçirmək, sektoru demilitarizasiya etmək, o cümlədən HƏMAS hərəkatını tərksilah etmək və eyni zamanda, gələcək Fələstin polis qüvvələrinin hazırlanması ilə məşğul olacaq.

Sənəddə vurğulanır ki, bu, “sülhməramlı deyil, məcburedici qüvvə” olacaq. ABŞ yanvar ayına qədər ilk bölmələrin yerləşdirilməsini planlaşdırır. Qüvvələrin tərkibi ilə bağlı danışıqlar artıq bir sıra ölkələrlə, o cümlədən İndoneziya və Misirlə aparılır.

Axios qeyd edir ki, bu layihə BMT Təhlükəsizlik Şurasında aparılacaq danışıqlar üçün əsas sənəd olacaq və yaxın həftələrdə səsverməyə çıxarılması gözlənilir.

Poliqon.info

Избранный
59
2
poliqon.info

6Источники