Bakı. Trend:
Dövlət dəstəyi olaraq bəzi ali təhsil müəssisələrininxərclərinin qismən qarşılanması üçün 2026-cı ilin dövlət büdcəsində100,1 milyon manat məbləğində subsidiya nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu məsələ MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininbugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksinitapıb.
Bildirilib ki, bu cari illə müqayisədə 4,0 milyon manat və ya4,1 faiz çoxdur.
Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyonmanat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası iləmüqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.