Mingəçevirdə iki minik maşını toqquşub.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Belə ki, hərəkətdə olan iki “VAZ” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-21015” markalı minik avtomobilinin sürücüsü Xaləddin Ələsgərov və iki nəfər sərnişin xəsarət alıb.
Yaralılar Mingeçevir şəhər mərkəzi xəstəxanasına çatdırıblar.
Faktla bağlı araşdırma aparılır.