Qadın futbolçulardan ibarət Azərbaycan millisinin 2027-ci ildə keçiriləcək dünya çempionatının (DÇ-2027) seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Arena.az xəbər verir ki, bu gün qadın futbolçulardan ibarət milli komandalar arasında DÇ-2027-nin seçmə mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə C Liqasında mübarizə aparacaq Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
Püşk zamanı ikinci səbətdə yer almış millimiz 3-cü qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarına rəqib olub.
Dünya çempionatının seçmə mərhələsinə 2026-cı ilin fevral ayında start veriləcək.
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!

