RU

Zəngilanda və Cəbrayılın Şükürbəyli kəndində tikinti işləri başa çatır

Yazını böyüt
Yazını kiçilt

Hazırda Zəngilan şəhərində və Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işləri yekunlaşmaq üzrədir. Cəbrayıl rayonunun Soltanlı, Qubadlı rayonunun Mahruzlu, Zilanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərində isə tikinti işləri davam etdirilir.

Hafta.az xəbər verir ki, bu sözləri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda keçirilən "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.

O bildirib ki, bölgədə Azərbaycanın inkişafının yeni modellərindən biri formalaşır. Artıq keçmiş məcburi köçkünlər yenidən qurulan Zəngilan rayonunun Ağalı, Cəbrayıl şəhər 1-ci yaşayış kompleksində məskunlaşıblar. Ötən həftə dövlət başçısı Horovlu, Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarlarını təqdim edib.

Избранный
13
9
hafta.az

10Источники