RU

Paytaxtda Şanlı Zəfərin5-ci ildönümünə həsr edilən ağacəkmə aksiyası keçirilib

“8 Noyabr - Zəfər Günü” ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonunda, Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki bağda Şanlı Zəfərin 5-ci ildönümünə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Aksiyada BŞİH-ninrəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, RİİB-in könüllüləriiştirak ediblər.

İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.

Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtda ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərininyaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

Избранный
26
15
teleqraf.com

10Источники