RU

Azərbaycan derbisinə doğru: Zubir Emreliyə çata bilər

Bu həftə Azərbaycan derbisi keçiriləcək.

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqası "Zəfər turu" çərçivəsində keçiriləcək "Qarabağ – "Neftçi" qarşılaşması öncəsi bu komandalar arasında indiyədək vurulan qolların statistikasını təqdim edir.

İlk qolu Zaur Qarayev ( "Qarabağ" ) vurub - 26.09.1992. "Neftçi" – "Qarabağ" – 1:1. “Neftçi”nin ilk qoluna Ərani Beydiyev imza atıb - 26.09.1992. "Neftçi" – "Qarabağ" – 1:1. Derbidə 103 futbolçu rəqib qapısına qol vurub. "Qarabağ"ın 55 oyunçusu qol sevinci yaşayıb. “Neftçi”nin 53 futbolçusu rəqib qapısına yol tapıb.

5 futbolçu hər iki komandada qola sevinib. Mahir Emreli ( "Qarabağ" ) derbilərin bombardiridir – 9 qol. Növbəti derbisinə çıxacaq Abdullah Zubir ( "Qarabağ" ) 8 dəfə fərqlənib və rekorda çatmaq imkanına malikdir. “Neftçi" nin heyətində isə Nikolas Kanales və Flavinyo daha çox – hərəyə 4 dəfə fərqlənib. Hər iki komandada qol vuranlar arasında Filip Ozobiç daha çox - ümumilikdə 6 dəfə rəqib qapılarına yol tapıb.

 

saytlarin hazirlanmasi

Избранный
16
9
sportal.az

10Источники