Hüquq-mühafizə orqanları tərəfindən dövlət çevrilişinə cəhddə ittiham edilən Ramiz Mehdiyevin bir çox mülklərə, var-dövlətə sahib olduğu sirr deyil. KİV-də bununla bağlı zaman-zaman müxtəlif siyahılar üzə çıxır. Bəs proses yekunlaşdıqdan sonra bu sərvətin taleyi necə olacaq?
KONKRET.az xəbər verir ki, bu barədə demokrat.az-a danışan hüquqşünas Tağı Hüseynov deyib ki, bununla bağlı qanunvericilikdə belə nəzərdə tutulur:
“Həmin o əmlakların, pulların cinayət yolu ilə əldə edilməsi sübut edildikdən sonra hamısı dövlətin nəfinə keçirilə bilər. Əlbəttə ki, əvvəlcə bunların cinayət yolu ilə əldə edilməsi sübuta yetirilməlidir”.