RU

Tbilisidə azərbaycanlıları döyən daha 4 nəfər SAXLANILDI VİDEO

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Tbilisidə supermarket əməkdaşı olan iki azərbaycanlı gəncə qarşı qrup halında zorakılıq törətməkdə ittiham olunan daha dörd nəfər saxlanılıb.

 

MÖVZU İLƏ BAĞLI:Tbilisidə azərbaycanlı gənclər döyüldü - VİDEO

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.Məlumata əsasən, saxlanılan şəxslərin birindən qanunsuz saxlanıldığı ehtimal edilən 2 avtomat silah və 110 patron maddi sübut kimi müsadirə olunub.Cinayət əməlini törətmiş daha bir şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində müvafiq istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, hadisə noyabrın 2-də gecə saatlarında baş verib. Soydaşlarımıza qarşı qrup halında zorakılığın təşkili və iştirakında ittiham olunan Manana Giorqobiani ötən gün saxlanılıb. Törədilmiş cinayət əməli 9 ilədək həbs cəzası ilə cəzalandırılır.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
4
bizim.media

7Источники