RU

Frank Anqissa - A Seriyasında oktyabrın ən yaxşısı! - ARENA.AZ

“Napoli”nin kamerunlu mərkəz yarımmüdafiəçisi Frank Anqissa İtaliya A Seriyasında oktyabr ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu azarkeşlər arasında keçirilmiş səsvermədə Federiko Bonatsoli (“Kremoneze”), Hakan Çalhanoğlu (“İnter”), Nikolo Kambyaqi (“Bolonya”), Elia Kaprile (“Kalyari”) və Rafael Leaonu (“Milan”) qabaqlayıb.

Anqissa ötən ay komandasının heyətində A Seriyasında çıxdığı 4 matçda 3 qol vurub.

Xatırladaq ki, A Seriyasında avqust ayının ən yaxşısı “Yuventus”un türkiyəli hücumçusu Kenan Yıldız seçilmişdi. Sentyabrda isə “Milan”ın amerikalı legioneri Kristian Pulişiç ən yaxşı elan edilmişdi.

Andre-Frank Zambo Anqissa 2021-ci ildən “Napoli”nin uğurları üçün çalışır. O, Neapol klubunun heyətində 167 oyunda, 15 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub.

Kamerunlu yarımmüdafiəçi karyerası ərzində “Olimpik” (Marsel), “Fulhem”, “Vilyarreal”, “Reyms” kimi klublarda da çıxış edib. O, 2017-ci ilin martında debüt etdiyi Kamerun yığmasında 66 oyuna 5 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
15
4
arena.az

10Источники