RU

Saşa İliç: “Azərbaycan Premyer Liqası çətin çempionatdır”

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasında bu gün Qəbələdə baş tutmuş oyunda qonaqlar 2:0 hesablı qələbəyə seviniblər.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Meydanda təkbətən mübarizələrin sayı çox idi. Oyun sürətli keçdi. İlk qolu penaltidən vurduq. Bundan sonra rəqibin təzyiqi ilə üzləşdik. Şadam ki, matçı qələbə ilə başa vurduq. Əslində rəqibə görə çox narahat idim. Evdə oynayırdılar. “Qəbələ” 5 xal toplamasına baxmayaraq, yaxşı komandadır. Narahatlığım buna görə idi”.

Serbiyalı mütəxəssis penaltini niyə məhz Aleksandr Ramalinqoma həvalə etdiklərinə dair sualı belə cavablandırıb:

“Aleksandr hücumçudur. Son penaltilərdə səhvi olmuşdu. Bunu öz aramızda müzakirə edəcəyik. Bəlkə də penalti vuranı dəyişdik”.

Saşa İliç Premyer Liqanın başa çatmaqda oan ilk dövrəsinə dair fikirlərini belə ifadə edib:

“Azərbaycan Premyer Liqası çətin çempionatdır. Hazırda 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. “Sumqayıt”a gəldikdə, biz yalnız növbəti oyuna fokuslanırıq”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
20
11
arena.az

10Источники