RU

Qazaxıstan buğdasının ilk hissəsi Ermənistana çatdırıldı

Min ton ağırlığındakı Qazaxıstan taxılının ilk partiyası Ermənistana (Ayrım stansiyasına) çatıb. Ajans.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib. Onun sözlərinə görə, taxılın çatdırılması üçün Qazaxıstan- Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutundan istifadə edilib. Nazir qeyd edib ki, bu, Ermənistan və Azərbaycan arasında sülh gündəliyi kontekstində əldə olunan razılaşmalar sayəsində mümkün olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistana dəmir yolu ilə Rusiya taxılı çatdırılıb.

Избранный
61
2
Ajans.az

4Источники