RU

Xocavənddə evlərin təmirinə 2,3 milyon xərclənəcək

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Xocavənd rayonunun Qarqar kəndində fərdi yaşayış evləri təmir ediləcək.

Teleqraf xəbər verir ki, ümumi sahəsi 6 732 kvadratmetr olan 40 evin bərpası planlaşdırılır.

Bununla bağlı Ağdam , Füzuli VƏ Xocavənd Rayonlarında Bərpa ,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi RTS-TİKİNTİ-TƏMİR MMC ilə 2 milyon 356 min 200,81 manat dəyərində müqavilə imzalayıb.

Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Məlumat üçün bildirək ki, "RTS-TİKİNTİ-TƏMİR” MMC 2021- ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Tənifəyev Adəm Ələsgər oğludur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
3
qaynarinfo.az

4Источники