RU

Sabunçuda tikili yandı

Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Sabunçu rayonunda bir dam altında tikilən ümumi sahəsi 140 m² olan tikilidə yanğın baş verib.

Hafta.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan dönərxana, bitişik sahəsi 15 m² olan ət mağazasının yanar konstruksiyaları, sahəsi 25 m² olan parfumeriya mağazası 10 m², sahəsi 80 m² olan fotostudiya 5 m² sahədə yanıb və lambirdən ibarət tavanı 75 m² sahədə əriyib. 

Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
13
11
hafta.az

10Источники