Misli Premyer Liqasında XI turun - "Zəfər turu"nun son oyun günündə iki matç keçiriləcək...
Poliqon xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşmasında "Kəpəz" "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 15:44-də start götürəcək.
Turun son oyununda isə Azərbaycan derbisi baş tutacaq. "Qarabağ" klubu "Neftçi" komandası ilə üz-üzə gələcək. Bu matç saat 18:44-də başlayacaq.
Misli Premyer Liqası
XI tur
9 noyabr
15:44. "Kəpəz" - "Sabah"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu.
18:44. "Qarabağ" - "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Azersun Arena".
Poliqon.info