RU

İranlı deputat: "Pezeşkian Allahın təlimatlarına qarşı çıxdığı üçün yağışlar azaldı"

İran parlamentinin deputatı Kamran Qəzənfəri ölkədə davam edən quraqlıq və su çatışmazlığına görə ölkə prezidenti Məsud Pezeşkianı ittiham edib.

Publika.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

"Prezidentin məcburi hicaba qarşı mübarizədə əks mövqe tutması və Allahın təlimatlarına qarşı çıxması əxlaqsızlığın yayılmasına və yağışların azalmasına səbəb olub", - deyə millət vəkili iddia edib.

Qəzənfərinin sözlərinə görə, insanlar hicab və dini təlimatlara əməl etsələr, yağıntılar artacaq və su problemi həll ediləcək.

Избранный
30
5
publika.az

6Источники