44 günlük Vətən Müharibəsinin qəhrəmanı, şəhid baş leytenant Mahir Dadaşzadənin atası Qərib Təhməzova yüksək vəzifə verilib.
“Sitat.info”Korrekt.az-a istinadən xəbər verir ki, uzun illərdir vergi sistemində işləyən Qərib Təhməzov Dövlət Vergi Xidmətinin rəisinin müvafiq əmri ilə Dövlət Vergi xidmətinin 8 saylı Ərazi Vergilər idarəsinin rəis müavini təyin edilib.
Birinci Qarabağ müharibəsinin veteranı olan Qərib Təhməzov 1998-ci ildən Vergilər Nazirliyində çalışır.
Qərib Təhməzov Azərbaycan Respublikasının Prezidenti tərəfindən 11.02.2020-ci il tarixli sərəncamı ilə Vergi orqanlarında xidmətdə fərqlənməsinə görə Azərbaycan Respublikasının 3-cü dərəcəli medalı ilə təltif edilib.