RU

Yaponiyada 6,8 bal gücündə zəlzələdən sonra sunami baş verib

Yaponiyada 6,8 bal gücündə zəlzələdən sonra sunami baş verib

Yaponiyanın İvate prefekturası sahillərində baş verən 6,8 bal gücündə zəlzələdən sonra ölkənin şimal-şərqində yüngül miqyaslı sunami müşahidə olunub.

Kyodo News xəbər agentliyinin Yapon Meteorologiya Agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələdən sonra sunami xəbərdarlığı verildikdən sonra İvate prefekturasının sahil bölgələri üçün təxliyyə çağırışı edilib.

Kuji və Ofunato şəhərlərində 20 santimetr, Miyako və Kamaishi şəhərlərində isə 10 santimetr hündürlüyündə sunami dalğaları qeydə alınıb.

Zəlzələnin elektrik kəsintilərinə səbəb olması nəticəsində bəzi sürətli qatar seferləri müvəqqəti dayandırılıb, sunami xəbərdarlığı və təxliyyə əmrləri isə sonradan ləğv edilib.

Digər tərəfdən, zəlzələ nəticəsində hər hansı bir xəsarət və ya maddi ziyan olmadığı bildirilib.

Xatırladaq ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) dünən açıqlamışdı ki, İvate prefekturası sahillərində 6,8 bal gücündə zəlzələ baş verib və episentri Yamada bölgəsinin 126 kilometr şərqində yerləşib.

Избранный
61
1
afn.az

10Источники