RU

Gəncə Dövlət Filarmoniyasında "Əbədi Qardaşlıq" adlı möhtəşəm konsert keçirildi (FOTO)

Noyabrın 7-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Şanlı Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş "Əbədi Qardaşlıq” adlı möhtəşəm konsert proqramı keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının, Türkiyə Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin və Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulluğu ilə birgə baş tutdu.

 

Zəfər Gününə həsr olunan bu təntənəli gecədə Gəncə ,Naftalan şəhər icra hakimiyyətinin,regional mədəniyyət idarələrinin nümayəndələri, tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri, millət vəkilləri,eləcə də Türkiyə ,Özbəkistan, Gürcüstan Respublikalarının Gəncədəki diplomatik nümayəndələri iştirak ediblər.

 

Tədbirdən öncə dünyanın ən qədim hərbi orkestri sayılan Mehteran Birliyi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının qarşısından yürüş edərək Mehter sədaları ilə Türk və Azərbaycan dostluğunun simvolik abidəsinin önündən keçərək bayram əhval-ruhiyyəsimi daha da yüksəldib.

Konsertin aparıcıları Zəfər salnaməsindən, qəhrəmanlıq tariximizdən danışıb, ifaçılar bir-birindən maraqlı bədii kompozisiyalarla çıxış ediblər.

Tədbirdə Mehteran Birliyinin nümayəndəsi Albay Tolqa Hasan Bezek Hoca çıxış edib.

 

Bədii hissədə tanınmış sXalq artisti Teyyub Aslanov, Əməkdar artist Mehparə Cəfərova, Vüsal Hacıyev, Rüstəm Cəfərov, Pərviz Abdullayev, Elmir Pişnamazzadə Səttar Qəmbərov və Zaur Gəray çıxış edərək tamaşaçılara unudulmaz anlar bəxş ediblər.

 

Konsertdə Filarmoniyanın Kamera orkestri Xalq çalğı alətləri orkestri , Filarmoniyanın Rəqs kollektivi , Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin "Xəmsə” Nağara İfaçılar Ansamblı iştirak edib və 2-ci Qarabağ müharibəsi qazisi Elmar Nəsirovun ifası tədbirə xüsusi rəng qatıb.

 

Gəlişi Gəncə sakinləri üçün əlamətdar və yaddaqalan hadisəyə çevrilən Mehteran Birliyinin möhtəşəm səhnə çıxışı Zəfər ,qalibiyyət ruhunu daha da gücləndirib və tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.

 

Sonda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Xalq artisti Aygün Səmədzadə çıxış edərək bu şərəfli günü Azərbaycana yaşadanlara,qazilərimizə,müharibə iştirakçılarımıza,şəhid ailələrinə və Ali Baş Komandan,möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıq hissini bir daha qeyd edib. Tədbirdə böyük dəstəyi və əməyi olanlara,başda cənab nazir Adil Kərimli olmaqla,Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bütün kollektivinə təşəkkürünü bildirib.

 

Gəncədə keçirilən bu möhtəşəm tədbir unudulmayacaq! Böyük bir mədəniyyət hadisəsi kimi yaddaşlarda qalacaq bu konsert bir daha göstərdi ki, Azərbaycan və Türkiyə xalqları arasında "Əbədi Qardaşlıq” ruhu hərbidə olduğu qədər musiqidə,sənətdə də sarsılmaz və əbədidir.

 

Избранный
12
3
milliyol.az

10Источники