RU

Niaqara şəlaləsi Azərbaycan Bayrağının rənglərində işıqlandırılıb  

Kanadada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin, Kanada Azərbaycan Evinin və Azərbaycanın Kanadadakı səfirliyinin birgə təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə Niaqara şəlaləsi üçrəngli bayrağımızın rənglərində işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Niaqara şəlaləsinin üçrəngli bayrağımızın rənglərində işıqlandırılması həm Azərbaycanın milli rəmzlərinə hörmətin, həm də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının təzahürü kimi qiymətləndirilir. Bu cür aksiyaların həyata keçirilməsi diasporumuzun fəallığının bariz nümunəsi, həmrəyliyimizin güclənməsi və milli kimliyimizə olan sevginin qorunub saxlanılmasıdır.

Niaqara dünyaca məşhur bir təbiət möcüzəsidir, onun Azərbaycan bayrağının rənglərində işıqlandırılması rəmzi xarakter daşıyır, eyni zamanda, dünya azərbaycanlılarının mənəvi birliyinə təsir edən əhəmiyyətli hadisə hesab olunur.

Qeyd edək ki, Niaqara şəlaləsinin üçrəngli bayrağımızın rənglərində işıqlandırılması son illər dəfələrlə həyata keçirilən bir aksiyadır.

Избранный
32
9
azerbaijan-news.az

10Источники