RU

Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi sahəsində hesabatlılıq üçün çağırış edib

COP29-un prezidenti Muxtar Babayev Belendə keçirilən COP30 konfransının açılışını edərək iqlim maliyyələşməsi sahəsində hesabatlılığa çağırış edib.

Missiya.Az xəbər verir ki, bu barədə COP29 "X" hesabında paylaşım edilib.

M.Babayev donor ölkələrə COP29-da Bakıda razılaşdırılmış tarixi "Bakı Maliyyə Məqsədi" də daxil olmaqla, iqlim maliyyələşməsi üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edən "hesab-faktura" təqdim edib.

Bu sənəd "İqlim Ədaləti üçün COP29 Hesab-Fakturası" adlanır və onun tam şəkildə icra olunması tələb olunur.

Bu sənədə əsasən beynəlxalq donor ölkələr bir sıra maliyyə öhdəliklərini yerinə yetirməlidirlər. Belə ki, adaptasiya maliyyəsi ikiqat artırılmalıdır – illik 40 milyard ABŞ dollar, UNFCCC iqlim fondları 2030-dək üçqat artırılmadır – illik 5,1 milyard ABŞ dollar.

Məlumatda qeyd edilib ki, bütün göstərilən məbləğlər minimum hədd hesab olunur. Öhdəliklər yerinə yetirilməsə, zərər və itkilər, qlobal qeyri-sabitlik, ekstremal hava hadisələri, ərzaq sistemlərinin çökməsi, əhalinin köçü və miqrasiyası, etimadın itirilməsi kimi fəsadlar baş verə bilər.

Избранный
58
8
missiya.az

10Источники