Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Qubada qadın kişini baltalamaqda şübhəli bilinir.
“Qafqazinfo”nun məlumatına görə, Qubanın Çartəpə kəndində qohumlar arasında yaranan mübahisə baltalanma ilə bitib.
Belə ki, Çartəpə kənd sakini 34 yaşlı Rüstəmov Kamrana yaşadığı evdə qohumu 43 yaşlı G.Nəcəfova tərəfindən kəsici alətlə xəsarətlər yetirilib.
Yaralı K.Rüstəmov Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən G.Nəcəfova saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mübariz Muradov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.