Quba rayon sakini baltalanıb.
Ölkə.az xəbər verir ki, hadisə Qubanın Çartəpə kəndində qeydə alınıb.
İlkin məlumta görə, Çartəpə kənd sakini, 34 yaşlı Kamran Rüstəmova yaşadığı evdə qohumu 43 yaşlı qadın G.Nəcəfova tərəfindən kəsici alətlə xəsarətlər yetirilib.
Yaralı şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən qadın G.Nəcəfova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.