RU

Vensan Kompani: “Bu xal itkisini gözləyirdim” - ARENA.AZ

“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının 2025/26 mövsümündəki qələbə seriyalarının qırılmasına münasibət bildirib.

Arena.az xəbər verir ki, Münhen təmsilçisi Bundesliqanın 10-cu turu çərçivəsində “Union Berlin”lə səfər oyununda 2:2 hesablı heç-heçə ilə kifayətlənib.

Hesabda iki dəfə geri düşmüş Almaniya nəhəngi 90+3-cü dəqiqədə vurduğu qolla məğlubiyyətdən canını qurtarıb. Vensan Kompani bu xal itkisini gözlədiyini etiraf edib:

“Oyunçularımı bu oyuna üç gün ərzində hazırlamışdım. Müvafiq nəticəni gözləyirdim, heç də təəccüblənmirəm. Birinci hissədə oyuna yaxşı köklənməmişdik. Bu, tərəfimizdən heç də yaxşı hal deyildi. Son 60 dəqiqəni pis keçirmədik, amma buna rəğmən, “Union Berlin” daima təhlükə təcəssüm etdirirdi. Bir çox xüsusu düzgün yerinə yetirən rəqiblə qarşılaşdıq.

Xatırladaq ki, bu xal itkisinə baxmayaraq, “Bayern” hazırda 28 xalla Bundesliqanın yarış cədvəlində zirvədə qərarlaşıb. Kompaninin komandası 35 qol vurduğu halda öz qapısından 6 top buraxıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
18
27
arena.az

10Источники