RU

Azərbaycandan gedən buğda ilə bağlı iddiaya erməni nazirdən reaksiya: “Birinci özüm yeyəcəyəm”

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan ölkəyə Azərbycan vasitəsilə daşınan buğdanın keyfiyyəti ilə bağlı yayılan iddialara cavab verib.

Modern.az-ın məlumatına görə, nazir “Facebook” səhifəsində vətəndaşlardan birinin şərhinə cavabında bildirib ki, sözügedən 3-cü dərəcəli rus buğdası artıq un və çörək istehsalında istifadə olunub.

“Bu buğda artıq una çevrilib, sonra çörəyə və biz hamımız onu yemişik. Gördüyünüz kimi, heç kim zəhərlənməyib”, – Papoyan yazıb.

Nazir əlavə edib ki, Rusiya mənşəli buğdanın miqdarı ölkənin gündəlik tələbatı ilə müqayisədə çox azdır: “1000 ton dediyiniz miqdar bizim hər gün istifadə etdiyimizdən qat-qat azdır.”

"Əvvəlcə bu buğda çörəyini mən yeyəcəyəm", - deyə o qeyd edib.

Xatırladaq ki, Qazaxıstan və rusiya taxılını daşıyan qatar Rusiya, Azərbaycan və Gürcüstandan keçdikdən sonra Ermənistana gedib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
modern.az

8Источники