RU

Xilas edilənlərlə bağlı xəbəri gözləyirik TDT

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Ankaraya başsağlığı verib.

Axar.az xəbər verir ki, bu barədə təşkilatın X hesabındakı paylaşımında bildirilib.

"Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması barədə xəbəri kədər hissi ilə öyrəndik. Axtarış-xilasetmə işləri davam edir və xilas edilənlərlə bağlı xəbəri səbirsizliklə gözləyirik. Bu faciəli qəzada şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına və qardaş türk xalqına başsağlığı veririk", - paylaşımda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
11
axar.az

10Источники