RU

Qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsinin qalıqları tapıldı

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcüstanlı həmkarı Gela Geladze ilə müntəzəm əlaqə saxladıqlarını və qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsinin qalıqlarının tapıldığını açıqlayıb.

 

Bununla bağlı Ali Yerlikaya "X" hesabında paylaşım edib.

 

"Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə müntəzəm danışıqları davam etdirirəm. O, "C-130" hərbi yük təyyarəmizin qalıqlarının saat 17 radələrində tapıldığını və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib", - A.Yerlikaya yazıb.

 

Tarix: 11 Noyabr 2025, 21:51   
Избранный
18
4
pravda.az

8Источники