RU

Xilas edilənlərlə bağlı xəbəri gözləyirik - TDT

Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Ankaraya başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə təşkilatın X hesabındakı paylaşımında bildirilib.

"Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması barədə xəbəri kədər hissi ilə öyrəndik. Axtarış-xilasetmə işləri davam edir və xilas edilənlərlə bağlı xəbəri səbirsizliklə gözləyirik. Bu faciəli qəzada şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına və qardaş türk xalqına başsağlığı veririk", - paylaşımda qeyd olunub.

Избранный
18
11
bakivaxti.az

10Источники