RU

Lamin Yamal 12 yaşında olanda onun üçün xüsusi plan hazırlandığı açıqlandı

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İspaniya Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubiales “Barselona” və İspaniya millisinin gənc hücumçusu Lamin Yamal haqqında danışıb.

İdman.Biz xəbər verir ki, Rubiales Yamalın milli komanda ilə əlaqəsinin illər öncədən qurulduğunu və federasiyanın bu istiqamətdə ciddi addımlar atdığını bildirib.

“Lamin Yamal 12 yaşında olanda gənclər departamenti mənə yaxınlaşıb belə bir futbolçunun olduğunu dedilər. Gənclər onun potensialına tam əmin idilər. Mən də dedim ki, onun üçün plan hazırlayın, valideynləri ilə danışın, yaxınlıq yaradın və ona İspaniya formasını geyinmək arzusu aşılayın”, – Rubiales deyib.

O əlavə edib ki, Yamalın inkişafını izləmək üçün federasiya nümayəndələri dörd-beş dəfə səfərlər edib.

“Yamal əvvəldən İspaniya millisində oynamağa maraq göstərirdi. Bu, heç kimin görmədiyi, amma çox vacib olan bir iş idi. Məhz bu səylər onun bu gün milli komandada olmasının əsas səbəbidir”, - deyə keçmiş president bildirib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
348
21
icma.az

10Источники